Yuxarı
    Bağlamaq

    Əbülfəs Qarayev: "Bölgələrdəki mədəniyyət evləri və klublardan 160-ı qəzalı vəziyyətdədir"

    Nazir: Azərbaycanda 900-dən çox klubun və mədəniyyət evinin binası yoxdur

    Bakı. 10 fevral. REPORT.AZ/ "Azərbaycanın rayon və şəhərlərində mədəniyyət evlərinə verilən dəstək, mədəniyyət evlərinin təmir olunması prosesi davam edir".

    "Report" xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rayon-şəhər mədəniyyət mərkəzlərinin illik ümumrespublika müşavirəsində deyib.

    O bildirib ki, hazırda rayonlarda 160 qəzalı mədəniyyət evi, 1187 təmirsiz, 649 təmirli mədəniyyət evləri və klub var: "Azərbaycanda 900-dən çox klubun və mədəniyyət evinin binası yoxdur. Bu məsələlər diqqət mərkəzindədir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi