Azərbaycan mədəniyyətlərarası dialoq təcrübəsini BMT-yə üzv ölkələrlə bölüşəcək

Azərbaycan mədəniyyətlərarası dialoq təcrübəsini BMT-yə üzv ölkələrlə bölüşəcək Bunu BMT-nin baş katibinin müavini Yan Eliasson mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşdə deyib
Mədəniyyət siyasəti
1 İyul , 2016 18:55
Azərbaycan mədəniyyətlərarası dialoq təcrübəsini BMT-yə üzv ölkələrlə bölüşəcək

Bakı. 1 iyul. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs QarayevBMT-nin baş katibinin müavini Yan Eliassonla görüşüb.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın vəziyyətinə dair fikir mübadiləsi aparılıb.

Y.Eliasson Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu ilin mayında İstanbul Sammitində görüşünü xatırladaraq, ölkəmizin BMT üçün əhəmiyyətini qeyd edib.

Görüşdə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu yüksək səviyyədə keçiriliməsi və Azərbaycan Respublikasının dünyada multikulturalizm və mədəni müxtəliflik baxımından nümunəvi ölkə kimi, bir model kimi BMT-da əhəmiyyətli rol oynaması qeyd olunub.

Y.Eliasson Azərbaycana sentyabrda keçiriləcək tədbirdə ölkə rəhbərliyi səviyyəsində iştiraka dəvət edib və Azərbaycanın mədəniyyətlərarası dialoq təcrübəsini BMT üzv ölkələri ilə bölüşməyi təklif edib.

Nazir BMT institutları olan UNESCO, UNİCEF, UNWTO, UNAOC ilə əməkdaşlığın və keçirilmiş görüşlərin əhəmiyyəti barədə məlumat verib.

Həmçinin görüş zamanı gənclərin və mədəniyyətin qlobal təhlükəsizlik məsələlərində əhəmiyyəti xüsusi vurğulanıb.

Yekunda nazir Əbülfəs Qarayev Yan Eliassona Bakı Prosessi və 2017-ci ildə keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verib, onu həmin tədbirdə iştiraka dəvətə edib. 

Son xəbərlər

Orphus sistemi