Əbülfəs Qarayev: "Azərbaycan mətbəxini "təcavüzdən" qorumalıyıq"

Əbülfəs Qarayev: "Azərbaycan mətbəxini "təcavüzdən" qorumalıyıq" "Milli mətbəximiz hər cür yad təsirlərə davamlı olmalıdır"
Mədəniyyət siyasəti
4 Mart , 2015 13:31
Əbülfəs Qarayev: Azərbaycan mətbəxini təcavüzdən qorumalıyıq

Bakı. 4 mart. REPORT.AZ/ "Azərbaycan mətbəxini qorumalıyıq. Biz öz mətbəximizi heç kimin əlinə verə bilmərik. Mətbəx ənənələrimizi qorumalı və nəsildən-nəslə ötürməliyik. Milli mətbəximiz hər cür yad təsirlərlərə davamlı olmalıdır. Mətbəximizi düşmənlərin "təcavüzündən" qorumalıyıq."

"Report"un xəbərinə görə, bu fikirləri "Xalq yaradıcılığı paytaxtları" layihəsinin təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Azərbaycanın "Xalq Yaradıcılığı Paytaxtları" layihəsinin 2010-cu ildən start götürdüyünü xatırladan nazir Folklor, Sənətkarlıq və Əfsanələr paytaxtına Ədəbiyyat və Mətbəx paytaxtları layihələrinin də, əlavə edildiyini və bunun çox əhəmiyyətli olduğunu vurğulayıb. Əbülfəs Qarayev Azərbaycanın hər bir vətəndaşını milli mədəni sərvətlərimizə sahib çıxmağa səsləyib.

Son xəbərlər

Orphus sistemi