Əbülfəs Qarayev Avstriyanın Aviasiya Assosiasiyasının nümayəndə heyəti ilə görüşüb

Əbülfəs Qarayev Avstriyanın Aviasiya Assosiasiyasının nümayəndə heyəti ilə görüşüb Görüş zamanı iki ölkə arasında həyata keçirilən bir sıra layihələrdən danışılıb
Mədəniyyət siyasəti
22 Sentyabr , 2015 13:06
Əbülfəs Qarayev Avstriyanın Aviasiya Assosiasiyasının nümayəndə heyəti ilə görüşüb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avstriyanın Aviasiya Assosiasiyasının nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a bildirilib ki, görüş zamanı iki ölkə arasında həyata keçirilən bir sıra layihələrdən söhbət açılıb.
Nazir Azərbaycan Turizm və Menecment Universiteti və Avstriyanın Krems Universiteti arasında həyata keçirilən əməkdaşlığı xüsusi olaraq vurğulayıb, ölkədə ikili diplom verən ilk təhsil müəssisəsi olduğunu bildirib.
Assosiasiyanın prezidenti, professor Rat Mario Rehulka Azərbaycan haqqında yüksək fikirlərini bildirib, həmçinin universitetlər arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb.

Qonaq, həmçinin elektron viza sisteminin əhəmiyyətindən də bəhs edib, bu sistemin turistlərə verdiyi üstünlüklərdən söz açıb. 

Qonaqlar Azərbaycana səfərləri çərçivəsində İsmayıllı, Qəbələ və Şəkinin turizm imkanları ilə tanış olub, həmçinin Qobustan və Atəşgah kimi unikal tarix və mədəniyyət abidələrinə səfər ediblər. 

Son xəbərlər

Orphus sistemi