Əbülfəs Qarayev Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Əbülfəs Qarayev Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb Görüşdə mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub
Mədəniyyət siyasəti
19 İyun , 2017 16:51
Əbülfəs Qarayev Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Bakı. 19 iyun. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyunun 19-da Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrabla görüşüb. 

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, o cümlədən Azərbaycan Prezidentinin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncamının icrası ilə bağlı tədbirlər planı müzakirə olunub.

Bildirilib ki, sentyabrın 19-da YUNESKO Baş Qərargahında, oktyabr 3-4-də isə Bakı şəhərində Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlaqədar yubiley tədbirlərinin nəzərdə tutulduğu qeyd edilib. Bu ilin oktyabrın 3-4-də Bakıda Alman Birliyi Günü, həmçinin Almaniya və Azərbaycan arasında diplomatik əlaqələrinin qurulmasının 25 illiyinin qeyd ediləcəyi vurğulanıb. 

Sonda görüş iştirakçıları hər iki tədbirin əlaqələndirilməsinə dair razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi