Yuxarı
    Bağlamaq

    Əbülfəs Qarayev 6 ölkənin mədəniyyət naziri ilə görüşüb

    Nazir Ermitajın 250 illiyinə həsr eilmiş Forumda iştirak edib

    Bakı. 9 dekabr. REPORT.AZ/Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiya Dövlət Ermitaj Muzeyinin 250 illiyinə həsr edilmiş "İnsan. Mədəniyyət. Dünya" adlı 3-cü Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edib.

    "Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.

    Səfər çərçivəsində nazir forumun açılış mərasimində və "Mədəniyyət siyasətinin əsasları: mədəniyyətdə innovasiyalar və müasir dövrün çağırışları" mövzusunda dəyirmi masada iştirak edib.

    Ə.Qarayev Rusiyanın mədəniyyət naziri Vladimir Medinski və Dövlət Ermitaj Muzeyinin direktoru M.Piotrovski, Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr Komitəsinin katibi Y.Qriqoriyev, habelə Kubanın mədəniyyət naziri J.G.Toledo, Qazaxıstanın mədəniyyət və idman naziri A.Muxammediulı, Çin Xalq Respublikasının mədəniyyət naziri Tsai Vu, Livanın mədəniyyət naziri R.Araygi və Serbiyanın mədəniyyət və informasiya naziri İ.Tasovacla qarşılıqlı görüşlər keçirib.

    Görüşlərdə ölkələr arasında mədəniyyət sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib. Ə.Qarayev həmçinin məşhur ispan arxitektoru Santyaqo Kalatrava Vals ilə bir araya gəlib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi