"Əbədi ezamiyyət" filmi Tacikistanda nümayiş etdirilib

"Əbədi ezamiyyət" filmi Tacikistanda nümayiş etdirilib Bakı. 31 oktyabr. REPORT.AZ/ Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş produserliyi ilə Bakı Media Mərkəzinin yaradıcı heyətinin gərgin əməyi sayəsində ərsəyə gətirilmiş “Əbədi ezamiyyət” sənədli filmi Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü ilə Düşənbə şəhərindəki “Tacikfilm” kinostudiyasında nümayiş etdirilib.
Mədəniyyət siyasəti
31 Oktyabr , 2018 07:47
Əbədi ezamiyyət filmi Tacikistanda nümayiş etdirilib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş produserliyi ilə Bakı Media Mərkəzinin yaradıcı heyətinin gərgin əməyi sayəsində ərsəyə gətirilmiş “Əbədi ezamiyyət” sənədli filmi Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü ilə Düşənbə şəhərindəki “Tacikfilm” kinostudiyasında nümayiş etdirilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubiley tədbirləri çərçivəsində keçirilən təqdimat mərasimində ictimaiyyət nümayəndələri, jurnalistlər, diplomatlar, Tacikistan Milli Universitetinin və Rusiya-Tacikistan Slavyan Universitetinin müəllim və tələbələri, Düşənbə şəhərində yaşayan azərbaycanlılar iştirak ediblər.

Qonaqları salamlayan Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə “Əbədi ezamiyyət” sənədli filmi barədə məlumat verərək bildirib ki, sənədli film müsəlman Şərqində və türk dünyasında ilk parlament respublikası olan, milli dövlətçilik tariximizdə özünəməxsus şərəfli yer tutan Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) yaradılmasında misilsiz xidmətləri olmuş, 1919-cu ilin yanvarında Paris Sülh Konfransına ezam edilən Vətən oğullarının fədəkarlıqlarından, keşməkeşli talelərindən və qürbətdə bitən ömür yollarından bəhs edir.

1918-1920-ci illər ərzində istiqlalın və müstəqilliyin müqəddəsliyini xalqına aşılayan Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının xalqımızın tarixində şanlı səhifə olduğunu vurğulayan H.Məmmədzadə AXC-nin xalqımızın tarixində buraxdığı silinməz izlər, milli dövlətçilik ənənələrimizin bərpasındakı və gənc nəsldə vətənpərvərlik ideyalarının yaranmasındakı böyük rolu barədə məlumat verib.

Sonra filmin nümayişi olub. “Əbədi ezamiyyət” izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Filmin nümayişi ilə bağlı yerli mətbuatda yazılar dərc edilib.

Son xəbərlər

Orphus sistemi