Şəkidə Beynəlxalq Keramika Simpoziumu keçiriləcək

Şəkidə Beynəlxalq Keramika Simpoziumu keçiriləcək Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində “Təbiətdən Tarixə” Beynəlxalq Keramika Simpoziumu keçiriləcək.
Mədəniyyət siyasəti
10 May , 2019 16:31
Şəkidə Beynəlxalq Keramika Simpoziumu keçiriləcək

Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində “Təbiətdən Tarixə” Beynəlxalq Keramika Simpoziumu keçiriləcək.

ABAD-dan "Report"a verilən məlumata görə, mayın 20-dən iyunun 2-dək davam edən simpoziumda bir çox ölkələrdən peşakar keramistlər iştirak edəcək.  

Simpozium zamanı iştirakçılar layihənin kuratoru məşhur keramist Mir Teymur Məmmədovun başçılığı ilə heykəltaraşlıq kompozisiyaları üzərində çalışacaq.

Simpoziumda iştirak üçün dünyanın 22 ölkəsindən çox müraciətlər qəbul edilib. 

İştrakçıların qeydiyyatı tədbirin rəsmi veb-saytı (https://ceramicsymposium.org/az/) vasitəsilə aparılıb.

Seçim prosesi əsasında 14 ölkədən 26 sənətkar-keramist seçilib.

Beləliklə, Simpoziumda iştirak edəcək ölkələr: Türkiyə, Rusiya, Ukrayna, Polşa, Çexiya, Latviya, İraq, Norveç, Brazilya, Tunis, Banqladeş, İordaniya, Qırğızıstan, Monqolustan müəyyən edilib.

Qeyd edək ki, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi Azərbaycan Resplublikası Prezidenti İlham Əliyevin iştirakı ilə 2018-ci ilin oktyabrın 29-u baş tutub. 

Son xəbərlər

Orphus sistemi