Yuxarı

Dram Teatrının direktoru qızıl medalla mükafatlandırılıb

Bununla bağlı teatrda tədbir keçirilib

Bakı. 3 iyul. REPORT.AZ/ Bu gün Akademik Milli Dram Teatrında "Avropa Nəşr Mətbuat Evi"nin təsis etdiyi "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalının təqdimat mərasimi keçirilib. Teratrdan "Report"a verilən xəbərə görə, qərara əsasən, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı ilə təltif olunub.

Tədbiri giriş sözü ilə açan "Avropa Nəşr Mətbuat Evi"nin direktoru Şöhrət Səlimbəyli rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında, təsis etdikləri mükafat haqqında danışıb və qızıl medalın Azərbaycan mədəniyyəti, incəsənəti, elmi sahəsində böyük xidmətəri olan simalara verildiyini vurğulayıb.

Daha sonra İ.İsrafilovun fəaliyyət yolunu işıqlandıran video-çarx nümayiş olunub. 

Türkiyədə pedaqoji fəaliyyətlə məşğul olan həmkarımız Babək Qurbanov, Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri, xalq artisti Azər Paşa Nemət, Akademik Milli Dram Teatrının aktyorları, xalq artistləri Ramiz Novruz və Firəngiz Mütəllimova çıxış edərək direktoru medala layiq görülməsi münasibəti ilə təbrik ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi