Dövlət Kino-Foto Sənədləri Arxivi yeni sənədli filmlərlə zənginləşdirilir

Dövlət Kino-Foto Sənədləri Arxivi yeni sənədli filmlərlə zənginləşdirilir Hər bir kinosənədin müfəssəl məzmunu hazırlanır
Mədəniyyət siyasəti
4 Noyabr , 2015 20:31
Dövlət Kino-Foto Sənədləri Arxivi yeni sənədli filmlərlə zənginləşdirilir

Bakı. 4 noyabr. REPORT.AZ/ Dövlət Kino - Foto Sənədləri Arxivinə daimi saxlanılmaq məqsədilə keçən il istehsal olunan 8 saxlama vahidi kinosənəd (sənədli filmlər) təhvil verilib. Milli Arxiv İdarəsindən "Report"a verilən xəbərə görə, sənədlər arxivə Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" sənədli filmlər studiyası tərəfindən daxil olub. 

Hazırda mövzuları etnoqrafiya - "Dağlar qoynunda olan şəhər" (rejissor – Tofiq İsmayılov), klassik musiqi - "Maestro Rauf Abdullayev" (rejissor - Gülnarə Lütfəliqızı), qəhrəmanlıq tarixi – "Vətən uğrunda" (rejissor – Emin Əfəndiyev), örnəklər – "Mən Bakını sevirəm" (rejissor- Cəmil Fərəcov), hərb tarixi - Hüseyn xan Naxçıvanski. "Qayıdış" (rejissor- Valentina Qurkalenko), sosial – "Uçmaq istəyirəm" (rejissor – Mariya İbrahimova), partizan hərəkatı – "Qafqazdan Appeninə" (rejissor Tahir Əliyev), idman - "Qalib" (Film 1988 – ci ildə Seulda keçirilən Olimpiya oyunlarının qılıncoynatma üzrə çempionu İlqar Məmmədova həsr olunub) - olan kinosənədlərin Milli arxiv fonduna qəbulu rəsmiləşdirilir.

Hər bir kinosənədin müfəssəl məzmunu hazırlanır.

Son xəbərlər

Orphus sistemi