Yuxarı

Dövlət filarmoniyasında Heydər Əliyevin xatirəsi anılıb

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Heydər Əliyevin həyat və fəaliyyətinə nəzər salıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə gecəsi olub.

"Report"-un AzərTAc-a istinadən verdiyi məlumatına görə, mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Heydər Əliyevin həyat və fəaliyyətinə nəzər salaraq onun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərindən danışıb: "Azərbaycan musiqisinin, mədəniyyətinin dünya arenasında tanıdılmasında Heydər Əliyevin misilsiz xidmətləri olub. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ölkəyə rəhbərlik edən ulu öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin, musiqisinin inkişafı istiqamətində daha böyük addımlar atmağa nail olub”.

Sonra Xalq Artisti, professor Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.

Proqramda Q.Qarayevin “Leyli və Məcnun” simfonik poeması və Niyazinin “Rast” simfonik muğamı səslənib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi