Doroxin: Rus şairi Aleksandr Puşkinin Bakıdakı abidəsi Azərbaycan-Rusiya dostluğunun simvoludur - FOTO

Doroxin: Rus şairi Aleksandr Puşkinin Bakıdakı abidəsi Azərbaycan-Rusiya dostluğunun simvoludur - FOTO RF-nin səfiri Bakıda A.Puşkininin ad gününə həsr olunan bayramda iştirak edib
Mədəniyyət siyasəti
6 İyun , 2016 11:56
Doroxin: Rus şairi Aleksandr Puşkinin Bakıdakı abidəsi Azərbaycan-Rusiya dostluğunun simvoludur - FOTO

Bakı. 6 iyun. REPORT.AZ/ Rus şairi Aleksandr Puşkinin Bakıdakı abidəsi Azərbaycan-Rusiya dostluğununun simvoludur.

"Report" xəbər verir ki, bunu A.Puşkinin ad gününə həsr olunan bayramda rusiyalı səfir Vladimir Doroxin deyib.

"Rus şairi Aleksandr Puşkinin abidəsi Azərbaycan-Rusiya dostluğunun, qarşılıqlı anlaşmanın simvoludur", - diplomat vurğulayıb.

Daha sonra V.Doroxin XIX əsr Azərbaycan şairi Seyid Əzim Şirvaninin 1880-cı ildə Moskvada Puşkinin abidəsinin açılmasına həsr olunan şeirini oxuyub.

Öz növbəsində, Səbail rayonu icra hakimiyyəti başçısının müavini Eldar Ağayev öz çıxışında vurğulayıb ki, iyunun 6-sı bütün dünyada, o cümlədən Azərbaycanda  A.Puşkinin doğum günü kimi qeyd olunur.

"Puşkin yalnız Rusiyaya deyil, bizim hamımıza məxsusdur", - o deyib. 

İcra hakimiyyətinin nümayəndəsi xatırladıb ki, abidənin açılışı 2001-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə  baş tutub. 

E.Ağayevin sözlərinə görə, Səbail rayon İN-in rəhbərliyi müntəzəm olaraq rus icmasının nümayəndələri ilə görüşür, onların problemlərini dinləyir, onlara yardım etməyə çalışır. 

Azərbaycanın Rus icmasının sədr müavini Yuri Zenin qeyd edib ki, Aleksandr Puşkinin rus dilinin inkişafına töhfəsi çox böyükdür.

Son xəbərlər

Orphus sistemi