Direktor: "Yenidən ikiqütblü dünyaya çevrilmə təhlükəsi ilə üz-üzəyik"

Direktor: "Yenidən ikiqütblü dünyaya çevrilmə təhlükəsi ilə üz-üzəyik" “Bizim üçün sülhsevər cəmiyyətdə yaşamaq çox önəmlidir. Dayanıqlı sülhü təmin etməyin yollarına aydınlıq gətirməliyik".
Mədəniyyət siyasəti
119
2 Dekabr , 2021 16:01
Direktor: Yenidən ikiqütblü dünyaya çevrilmə təhlükəsi ilə üz-üzəyik
Jan-Kristof Bas

“Bizim üçün sülhsevər cəmiyyətdə yaşamaq çox önəmlidir. Dayanıqlı sülhü təmin etməyin yollarına aydınlıq gətirməliyik".

"Report" xəbər verir ki, bunu “Sülh əlaqələndiriciləri” təşkilatının təsisçisi və baş icraçı direktoru Jan-Kristof Bas “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlıq Forumunda deyib.

"Beynəlxalq və daxili perspektivdə buna baxmalıyıq. Bu gün burada sülhlə bağlı təşkil olunmuş müzakirələr çox vaxtında atılan addımdır. Dünya artıq çox keşməkeşli yerə çevrilib. Beynəlxalq səviyyədə artıq risklər var. Yenidən ikiqütblü dünyaya çevrilmə təhlükəsi ilə üz-üzəyik. Tarixdən nəticə çıxarmırıq. Ona görə də bu problem indi də aktualdır. Dünya kifayət qədər qütbləşib”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi