​ADU-da Dialoq və İnkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü keçirilib

​ADU-da Dialoq və İnkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü keçirilib Tədbirdə Azərbaycan, Türkiyə, ABŞ, Britaniya, İspaniya, Ərəbistan, Çin, Hindistan, Rusiya, Yaponiya, Koreya mədəniyyəti ilə bağlı təqdimatlar olub
Mədəniyyət siyasəti
25 May , 2015 12:21
​ADU-da Dialoq və İnkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü keçirilib

Bakı. 25 may. REPORT.AZ/

ADU-da “Dialoq və İnkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik günü” keçirildi

Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) “Dialoq və İnkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik günü” adlı tədbir keçirilib. Bu barədə “Report”a ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən məlumat verilib.

İRK-nın Folklor mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi “mədəniyyətlərarası dialoq” ideyasına dəstək vermək, müxtəlif xalqların mədəniyyətlərinin yaxınlaşmasını, həmçinin, insanların mədəni maariflənməsini təmin etməkdir.

Tədbirdə ADU-nun rəhbər şəxsləri, professor-müəllim heyəti, tələbələr və müxtəlif ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, Mərdəkan 2 saylı Uşaq İnternat məktəbinin şagirdləri və müəllimləri istirak ediblər.

ADU-nun Tədris işləri üzrə prorektoru, doktor Vazeh Əsgərov bu tədbirin universitetdə keçirilməsinin ənənə halı aldığını bildirib. Prorektor multikulturalizmin, mədəni müxtəlifliyin inkişafının təmin etmək üçün dövlət səviyyəsində, o cümlədən ADU-da xüsusi diqqət göstərildiyini vurğulayıb.

Tədbirdə iştirak edən İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Proyano Atiyanto, eyni zamanda Yaponiyanın Azərbaycandakı səfirliyinin I katibi Ko Obata çıxış edərək tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər və tədbirin keçirilməsini xüsusi qiymətləndirərək bu ənənənin qorunub-saxlanılmasını arzulayıblar.

Tədbirdə Azərbaycan “Odlar Yurdu”, Amerika Birləşmiş Ştatları “Cowboy”, Çin “Lion”, Türkiyə “Qaradəniz”, Yaponiya “Geisha”, Rusiya “Moryaçka”, Britaniya-İrlandiya və Hindistan milli rəqslərinin nümayişi, İndoneziya “Angklung” musiqi alətində çıxışlarla, İspaniya ispan dilində mahnı, Avstriya “Komissar” obrazının ifa etməsi ilə təmsil olunublar.

Tədbirdə, həmçinin, Azərbaycan, Türkiyə, ABŞ, Britaniya, İspaniya, Ərəbistan, Çin, Hindistan, Rusiya, Yaponiya, Koreya mədəniyyətinin əks olunduğu təqdimatlar, həmçinin, həmin ölkələrin milli mətbəxlərindən nümunələr nümayiş etdirilib.

Tədbirə Bakı Amerika Mərkəzinin danışıq klubları məktəblilərinin ifasında "We Are the World" mahnısı ilə yekun vurulub.

Son xəbərlər

Orphus sistemi