Dərbənddə Azərbaycan Dram Teatrının binasının yenidən qurulmasına başlanılıb

Dərbənddə Azərbaycan Dram Teatrının binasının yenidən qurulmasına başlanılıb Dərbənddə Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması işlərinə başlanılıb.
Mədəniyyət siyasəti
3 Oktyabr , 2021 02:13
Dərbənddə Azərbaycan Dram Teatrının binasının yenidən qurulmasına başlanılıb

Dərbənddə Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması işlərinə başlanılıb.

"Report" xəbər verir ki, Dərbənd şəhər rəhbərliyi məlumat yayıb.

Şəhər rəhbəri Rustambek Pirmaqomedov deyib ki, mövcud tikili pozuntular səbəbindən söküləcək və bundan sonra yenisi tikiləcək.

Teatrın direktoru Firdovsi Əsgərov bildirib ki, "Project City Group" layihə və tikinti şirkətinin mütəxəssisləri konseptual təklifin hazırlanması üzərində çalışıblar.

Qeyd edək ki, Azərbaycan Dövlət Dram Teatrı 20-ci əsrin əvvəllərində Dağıstanda həvəskar teatr kimi yaradılıb. Dövlət teatrı statusu isə 1998-ci ildə verilib.

Son xəbərlər

Orphus sistemi