Deputat: “Heydər Əliyevin multikulturalizm ideyaları bütün sahələrdə təcəssüm tapıb”

Deputat: “Heydər Əliyevin multikulturalizm ideyaları bütün sahələrdə təcəssüm tapıb” “Heydər Əliyevin multikulturalizm ideyaları dövlətçiliyin bütün sahələrində təcəssüm tapıb”.
Mədəniyyət siyasəti
1 İyun , 2023 12:37
Deputat: “Heydər Əliyevin multikulturalizm ideyaları bütün sahələrdə təcəssüm tapıb”

“Heydər Əliyevin multikulturalizm ideyaları dövlətçiliyin bütün sahələrində təcəssüm tapıb”.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov Bakıda keçirilən “Heydər Əliyev - müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisidir” mövzusunda beynəlxalq konfransda deyib.

N.Səfərov vurğulayıb ki, bu il dünyanın hər yerində azərbaycanlılar Ümummilli Liderin anadan olmasının yüzilliyini qeyd edirlər.

"O, XX əsrdə taleyüklü rola malik olub. Heydər Əliyev həm keçmiş Sovet İttifaqında, həm də ölkəmizdə multikulturalizmin inkişafına mühüm təsir göstərib. Mübaliğəsiz demək olar ki, Heydər Əliyev Azərbaycanda müasir multikulturalizm modelinin banisidir”, - deputat bildirib.

"Multikulturalizmin olmaması soyqırımına, bəşəriyyətə qarşı cinayətlərə, hərbi cinayətlərə və s. gətirib çıxarır. Biz 30 ilə yaxındır ki, bu cinayətlərin şahidi olmuşuq", - deputat əlavə edib.

Son xəbərlər

Orphus sistemi