Bakı. 21 yanvar. REPORT.AZ/ Qazax rayonu ərazisində yerləşən Avey qoruğundakı Damcılı mağara düşərgəsinə yeni yol çəkilir.
Mədəniyyət Nazirliyindən "Report"a verilən xəbərə görə, mədəniyyət naziri
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Avey qoruğunun inkişafı ilə bağlı müvafiq təkliflər hazırlayıb.
Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə artıq bu ərazidə abadlaşdırma işlərinə başlanılıb. Daş Salahlı–Ürkməzli–Dəmirçilər kənd yolunun yenidən qurulması layihəsinə ilk olaraq qoruğun “Damcılı” filialından start verilib. Qoruqla Daş Salahlı kəndini birləşdirən 3 km yola asfalt örtüyü çəkilir. Bundan əlavə, rayon İcra Hakimiyyəti başçısı Göyəzən dağına ətrafın yaşıllaşdırılması və daha çox turistin cəlb edilməsi məqsədilə suyun çəkilməsi üçün müvafiq qurumlara tapşırıq verib.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2015-ci ildən Qazax rayonundakı Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun Damcılı filialında yaponiyalı və azərbaycanlı alimlərin iştirakı ilə beynəlxalq ekspedisiya fəaliyyət göstərir. Müvafiq memorandum Mədəniyyət Nazirliyi tərəfindən Avey Dövlət Tarix-Mədəniyyət Qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiya tərəfindən Tokio Universiteti arasında bağlanıb.
