Bakı. 20 noyabr. REPORT.AZ/
Dövlət Xidmətindən "Report"a verilən məlumata görə, sentyabrın 20-dən noyabrın 5-dək davam edən müsabiqədə respublikanın bütün bölgələrini təmsil edən orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Müsabiqəyə göndərilmiş rəsm əsərləri münsiflər heyəti tərəfindən qiymətləndirilib, 500-dən artıq rəsm arasından 100 ədədi seçilərək sərgiyə buraxılıb və seçilmiş mövzuya uyğun ən yaxşıları qalib elan edilib. Sərginin açılışı və qaliblərin təltif olunması Nizami Kino Mərkəzində keçirilib. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general – leytenant
Tədbir iştirakçıları əvvəlcə məktəblilərin sərgidə nümayiş etdirilən rəsm əsərləri ilə tanış olublar. Sərgiyə təqdim olunan əsərlər barədə məlumat verilərək bildirilib ki, gənc rəssamların hər bir işi özünəməxsusluğu ilə fərqlənir. Əsərlərin məzmun baxımından düzgün seçildiyi, məktəblilərin Vətənə, Silahlı Qüvvələrimizə, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti qurucularına olan məhəbbətinin hər bir əsərdə ifadə olunduğu vurğulanıb.
Sərginin tərtibatı, nümayiş olunan rəsmlər qonaqlarda xoş təəssürat yaradıb.
Tədbirin rəsmi hissəsində çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirib ki, Xidmət tərəfindən təşkil edilmiş “Cümhuriyyət 100 il” ümumrespublika rəsm müsabiqəsinin məqsədi müstəqil dövlətçilik tariximizdə mühüm yer tutan Xalq Cümhuriyyətinin fəaliyyətinin cəmiyyətə daha geniş çatdırılması, qəhrəmanlıq nümunələrinin təbliği, Vətənə, xalqa və dövlətçilik ideyalarına hörmət hisslərini gücləndirmək, gənc nəsli milli dövlətçilik ruhunda tərbiyə etmək, xüsusi istedadlı məktəbliləri aşkarlanaraq ictimaiyyətə tanıtmaq, doğma torpağa sədaqət hissini möhkəmləndirmək, hər an Vətənin müdafiəsinə qalxmağa hazırlığı yüksəltməkdir.
A.Rəhimov qeyd edib ki, müsabiqənin keçirildiyi qısa müddət ərzində sərgiyə bir-birindən maraqlı 500-dən artıq rəsm əsərinin təqdim edilməsi, yeniyetmə və gənclərin bu mövzuya böyük maraq və məsuliyyətlə yanaşması yüksək mənəvi hazırlığın nəticəsidir. “Cümhuriyyət 100 il” adlı vətənpərvərlik mövzusunda ümumrespublika rəsm müsabiqəsinin bütün iştirakçılarına, bu işdə böyük əmək sərf etmiş müəllimlərə və valideynlərə minnətdarlığını bildirən A.Rəhimov vurğulayıb ki, sərgidə nümayiş olunan hər bir rəsm əsəri xalqımızın mənəvi gücünü, milli birliyini ifadə edir və vətənpərvər nəslin yetişdiyini sübut edir. Odur ki, bu müsabiqədə iştirak edən hər bir iştirakçını qalib hesab etmək olar.
Mədəniyyət nazirinin müavini Rafiq Bayramov sərgidə əsərləri nümayiş etdirilən uşaq və gənclərə təbriklərini çatdıraraq bildirib ki, Prezident
O, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi münasibətilə həyata keçirdiyi tədbir və sərgilərin ölkəmizdə vətənpərvərlik ruhunun yüksəldilməsi, mədəniyyətimizin inkişafı və təbliği baxımından əhəmiyyətini xüsusi vurğulayıb.
Diqqətə çatdırılıb ki, 2018-ci il sentyabrın 20-dən noyabrın 5-dək davam edən müsabiqəyə respublikamızın bütün bölgələrindən orta ümumtəhsil məktəblərinin şagirdləri qatılıblar. Müsabiqəyə göndərilmiş rəsm əsərləri münsiflər heyəti tərəfindən qiymətləndirilib, 500-dən artıq rəsm arasından 100-ü seçilərək sərgiyə buraxılıb. Seçilmiş mövzuya uyğun ən yaxşılar qalib elan edilib.
Sonra müsabiqənin qaliblərinin mükafatlandırılması olub. Münsiflər heyətinin qərarına əsasən, Nizami rayon 214 saylı tam orta məktəbin şagirdi Humay Səfərzadə birinci, Sabunçu rayon 4 saylı tam orta məktəbin şagirdi Fərid Tanrıverdiyev ikinci, Balakən rayon M.P.Vaqif adına Tülü kənd 1 saylı orta məktəbin şagirdi Alvina Bayramlı isə üçüncü yerə layiq görülüblər.
Qaliblərə diplom və mükafatlar təqdim edilib.
Müsabiqədə rəsmləri nümayiş etdirilən 10 iştirakçının - Kamilə Bayramovanın, Tuncay Rəsulovun, Fatimə Rəhimlinin, Sürəyya Qəribovanın, Fatimə Paşayevanın, Aydəmir Rəsulovun, Leyla Əhmədzadənin, Aytac Əlizadənin, Tavat Əhmədovanın, Ayişə Əsgərlinin əsərləri həvəsləndirici diplomlara layiq görülüb.
Müsabiqəyə təqdim olunmuş əsərlərin sərgisi noyabrın 21-dək davam edəcək. Sərgi ilə tanışlıq sərbəstdir.