Çingiz Abdullayevə Misir Ali Təhsil Nazirliyinin mükafatı verilib

Çingiz Abdullayevə Misir Ali Təhsil Nazirliyinin mükafatı verilib Azərbaycanın xalq yazıçısı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olub
Mədəniyyət siyasəti
2 Mart , 2017 18:43
Çingiz Abdullayevə Misir Ali Təhsil Nazirliyinin mükafatı verilib

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan xalq yazıçısı, "Neftçi" futbol klubunun prezidenti Çingiz Abdullayev Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində qonaq olub.

Mərkəzdən "Report"a verilən məlumata görə, bu qurumun rəhbəri Əhməd Sami Elaydi mərkəzinin yaranma tarixindən, həyata keçirdiyi işlər barədə, Misir və Azərbaycan arasında mədəni əməkdaşlıq əlaqələri barədə məlumat verib.

O xatırladıb ki, 2009-cu ildə Misirin ən nufuzlu jurnalların birində "Çingiz Abdullayev və Detektiv roman” adlı böyük bir məqalə dərc olunub: "Bundan əlavə, gələn il Misirdə keçiriləcək "Qahirə Beynəlxalq kitab sərgisində" sizin ərəb dilinə tərcümə olunacaq əsərlərinizin təqdimatı və sizin yaradıcılığınıza həsr olunan tədbir keçirilməsini məqsədəuyğun hesab edirəm”.

Çingiz Abdullayev xatırladıb ki, 19 il əvvəl bu mərkəzin açılış mərasimində şəxsən iştirak edib. 

Görüşdə həmçinin tərəflər arasında yazıçının kitablarının ərəb dünyasında oxunması üçün ərəb dilinə tərcümə olunmasının vacibliyi vurğulanıb.

Sonda Çingiz Abdullayevə Misir Ali Təhsil Nazirliyinin mədəni fəaliyyətin qiymətləndirilməsi üzrə mükafatı təqdim olunub.

Son xəbərlər

Orphus sistemi