“CinemaPlus” kinoteatrından sosial dəstək

“CinemaPlus” kinoteatrından sosial dəstək Bugünküvəziyyəti nəzərə alaraq “CinemaPlus” kinoteatrı sosial videoçarx hazırlayıb.
Mədəniyyət siyasəti
31 İyul , 2020 01:05
“CinemaPlus” kinoteatrından sosial dəstək

Bugünkü vəziyyəti nəzərə alaraq “CinemaPlus” kinoteatrı sosial videoçarx hazırlayıb.

“Report” xəbər verir ki, videoçarx bu çətin anlarda insanların həyatını xilas etmək üçün güclərini əsirgəməyən həkimlərə və Vətən uğrunda canlarını qurban vermiş Azərbaycanın layiqli övladlarının ailələrinə dəstək məqsədilə çəkilib.

Videoçarxın prodüser və ideya müəllifi Nərmin Həsənova, rejissoru və ssenari müəllifi Nicat Qədimli, operatoru Soltan İbrahimov, fotoqrafı Rauf Mehin, köməkçisi Bella Ağazadə, işıqçı Rəşad Akifoğlu, stilist-makiyaj sənətçisi Nura Babayevadır.

Baş rollarda Oksana Rəsulova, Rəşad Kəsəmənli və Zahid Əhmədov çəkilib.

Son xəbərlər

Orphus sistemi