“CinemaPlus”da ABŞ istehsalı olan “Sonra” filminin nümayişi keçirilib

“CinemaPlus”da ABŞ istehsalı olan “Sonra” filminin nümayişi keçirilib “Gənclik Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş Amerika istehsalı olan “Sonra” filminin nümayişi keçirilib.
Mədəniyyət siyasəti
20 Aprel , 2019 20:17
“CinemaPlus”da ABŞ istehsalı olan “Sonra” filminin nümayişi keçirilib

“Gənclik Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş Amerika istehsalı olan “Sonra” filminin nümayişi keçirilib.

"Report" xəbər verir ki, melodram dünyəvi bestseller əsasında çəkilib.

Filmi Samirə Əfəndi, Əlixan Rəcəbov, Gülnarə Zulalova, Nicat Ələskərov, Rəhim Rəhimov, Vüsal Haci-Qədir, Samir Ələskərov, Şəlalə Şəhvələdqızı, Şəhla Əliqızı, Aytac Məmmədova və Erkin Ergin səsləndiriblər.

Dublyajın redaktoru və tərcüməçisi Vüqar Hüseynov, rejissoru Samir Ələskərov, səs rejissoru Orxan Ağalarov, səs operatoru Ağaməlik Abbaszadə, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüseri Əli-Səttar Quliyev, baş prodüseri isə Cəfər Axundzadədir.

Ekran əsərinin rejissoru Cenni Qeycdir.

Kinonun sujet xəttinə əsasən, iki fərqli xarakterə sahib insanın təsadüfi görüşü onların həyatlarını alt-üst edir. Onlardan biri ağıllı tələbə və nümunəvi övladdır, digəri isə varlı ailədən şeytan kimi cəzb edən üsyankardır. Paralel kainatlarda yaşasaydılar, çətin ki, onlar bir-birilərinə baxardılar. Lakin bu tanışlıq sevgililərin həyatını əvvəl və sonraya ayıracaq.

Foto: Elçin Ağayev

Son xəbərlər

Orphus sistemi