Cəlilabad rayonunda Novruz bayramı münasibətilə tədbir keçirilib.
"Report"un Muğan bürosu xəbər verir ki, tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının, idarə-müəssisələrin, təşkilatların, icra nümayəndəliklərinin, bələdiyyələrin, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Novruz bayramına həsr olunmuş sərgiylə tanış olublar. Bayram tədbiri mədəniyyət və incəsənət ustalarının maraqlı konsert proqramı və rəqsləri ilə davam edib.