Cavan Zeynallıya Prezidentin fərdi təqaüdü veriləcək

Cavan Zeynallıya Prezidentin fərdi təqaüdü veriləcək Sənətçi Azərbaycanda estrada musiqisinin inkişafında xidmətlərinə görə təqaüd alacaq
Mədəniyyət siyasəti
21 Dekabr , 2015 19:21
Cavan Zeynallıya Prezidentin fərdi təqaüdü veriləcək

Bakı. 21 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Cavanşir Mirzəməmməd oğlu Zeynallıya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla C.Zeynallıya Azərbaycanda estrada musiqisinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi