Laçın şəhərinin erməni işğalından azad edilməsinin ildönümünə həsr olunmuş fərdi sərgi keçirilib.
"Report" xəbər verir ki, Muzey Mərkəzinin Sərgi Qalereyasında keçirilən sərgi Milli Məclisinin Mədəniyyət komitəsi, Azərbaycan Mədəniyyət Nazirliyi və Muzey Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Sərgidə Laçın şəhərinin erməni işğalından azad edilməsinin birinci ildönümü ilə əlaqədar olaraq, Azərbaycan Rəssamlar İttifaqının üzvü Yusif Mirzənin "Can Laçın" adlı fərdi sərgisi nümayiş etdirilib.
Tədbirdə millət vəkili Qənirə Paşayeva, Rəşad Məcid, bir sıra qonaqlar çıxış ediblər.
Fərdi sərginin 1-15 dekabr tarixində keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 2020-ci il dekabrın 1-də ermənilər Laçın rayonunu boşaldaraq Azərbaycana geri təhvil verib.