Budapeştdə Heydər Əliyevin xatirəsinə həsr olunan konsert təşkil edilib

Budapeştdə Heydər Əliyevin xatirəsinə həsr olunan konsert təşkil edilib Konsertdə Azərbaycanın tanınmış bəstəkərların əsərləri səsləndirilib
Mədəniyyət siyasəti
12 Dekabr , 2015 18:01
Budapeştdə Heydər Əliyevin xatirəsinə həsr olunan konsert təşkil edilib

Bakı. 12 dekabr. REPORT.AZ/ Macarıstanın paytaxtı Budapeştdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan konsert təşkil edilib.

Azərbaycanın Macarəstandakı səfirliyindən "Report"a verilən məlumata görə, konsertdən əvvəl tamaşaçılara ulu öndər Heydər Əliyevin ömür yolu və müasir Azərbaycan dövlətinin qurulmasındakı böyük xidmətləri haqqında məlumat verilib.

Konsertdə Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi ilə “Dunay” simfonik orkestri proqramla çıxış edib. Konsertdə Azərbaycan bəstəkarları Üzeyir bəy Hacıbəylinin və Fikrət Əmirovun simfonik əsərləri və operalarından ariyalar, Robert Şumanın, Pyotr Çaykovskinin, Françesko Çileanın və digərlərin tanınmış əsərləri ifa edilib.

Konsertin tamaşaçıları arasında incəsənət ustaları, Budapeştdə akkreditə olunan diplomatik korpusun nümayəndələri, mətbuat təmsilçiləri və şəhərdəki Azərbaycan diasporunun üzvləri olub. 

Son xəbərlər

Orphus sistemi