Yuxarı

Budapeştdə azərbaycanlı rəssamın fərdi sərgisi təşkil olunub

Sərgi macar tamaşaçıların böyük marağına səbəb olub

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycanın Macarıstandakı səfirliyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul edilməsinin 25 illiyinə həsr olunmuş sərgi təşkil edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, gənc rəssam Mərziyə İbrahimovanın fərdi sərgisi Budapeştdə fəaliyyət göstərən Azərbaycan-Macarıstan Mədəniyyətlərarası Dialoq Fondu ilə birlikdə təşkil olunub.

Səfir Vilayət Quliyevin və Fondun direktoru Sevinc Mücirinin iştirakı ilə açılmış sərgini macar tamaşaçılar böyük maraqla izləyiblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi