Yuxarı

Braziliyada Azərbaycan kino həftəsi keçiriləcək

Tədbir çərçivəsində “Arşın mal alan”, “Nabat”, “Çölçü”, “Təhminə” və “Axınla aşağı” bədii filmləri nümayiş olunacaq

Bakı. 3 mart. REPORT.AZ/ Martın 9-13-də Braziliyanın San Paolo şəhərində ölkənin mötəbər mədəniyyət ocaqlarından biri sayılan Braziliya Bankının Mədəniyyət Mərkəzində (CCBB) Azərbaycan kino həftəsi keçiriləcək. 

Azərbaycan Braziliyadakı səfirliyindən "Report"a verilən məlumata görə, Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, həmçinin Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən bu tədbirdə portuqal dilinə tərcümə olunmuş sənədli və bədii filmlərin nümayişi gözlənilir.

Braziliya Bankının Mədəniyyət Mərkəzi tərəfindən tədbirin əsas filmi kimi Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi seçilib.

Eyni zamanda, tədbir çərçivəsində “Arşın mal alan”, “Nabat”, “Çölçü”, “Təhminə” və “Axınla aşağı” bədii filmləri nümayiş olunacaq.

Adıçəkilən tədbir bu ilin 6-11 aprel tarixlərində paytaxt Braziliyada yerləşən Braziliya Bankının Mədəniyyət Mərkəzində davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi