“Böyük Qayıdış: Mədəniyyətin Dirçəlişi” adlı konfrans keçiriləcək

“Böyük Qayıdış: Mədəniyyətin Dirçəlişi” adlı konfrans keçiriləcək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Zəfər Gününün birinci ildönümünə həsr olunmuş “Böyük Qayıdış: Mədəniyyətin Dirçəlişi” adlı beynəlxalq konfrans keçiriləcək.
Mədəniyyət siyasəti
23 Noyabr , 2021 11:14
“Böyük Qayıdış: Mədəniyyətin Dirçəlişi” adlı konfrans keçiriləcək

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Zəfər Gününün birinci ildönümünə həsr olunmuş “Böyük Qayıdış: Mədəniyyətin Dirçəlişi” adlı beynəlxalq konfrans keçiriləcək.

"Report" xəbər verir ki, noyabrın 24-də keçirilməsi planlaşdırılan “Daş salnamə” muzeyində təşkil olunacaq konfrans “Abidələr: Azərbaycan irsinin daş yaddaşı”, “İşğalı məğlub edən mədəniyyət”, “Abidələri xilas edən qələbə”, “Mədəniyyətin çiçəklənməsi üçün sülh” adlı 4 sessiyadan ibarət olacaq.

Həmçinin tədbir çərçivəsində “Azadlıqda olan abidələr” adlı fotosərgi təşkil olunacaq.

Beynəlxalq konfransda yerli və xarici qonaqlar, ekspertlər, eləcə də dövlət rəsmiləri və diplomatik korpusun nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi