"Bölgələrdən paytaxta” adlı növbəti mədəni tədbir Qubaya həsr olunacaq

"Bölgələrdən paytaxta” adlı növbəti mədəni tədbir Qubaya həsr olunacaq Tədbir aprelin 6-da Rus Dram Teatrında keçiriləcək
Mədəniyyət siyasəti
2 Aprel , 2015 00:35
Bölgələrdən paytaxta” adlı növbəti mədəni tədbir Qubaya həsr olunacaq

Bakı. 1 aprel. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramının icrası regionlarda məqsədyönlü tədbirlərin təşkil olunması vasitəsilə Azərbaycanın milli folklor, sənətkarlıq və diyarşünaslığın qorunması, xalq yaradıcılığının təşviqi işinə əlavə təkan verib.

"Report" xəbər verir ki, bununla əlaqədar olaraq, Azərbaycanın qədim və zəngin mədəniyyətinin geniş təbliğ edilməsi, regionlararası mübadilənin gücləndirilməsi, bölgələrin mədəni və turizm potensialının nümayiş etdirilməsi məqsədilə il ərzində Bakı şəhərində respublikanın şəhər və rayonlarının incəsənət ustalarının "Bölgələrdən paytaxta" adlı mədəni tədbirləri həyata keçirilir.
Layihə çərçivəsində Qubaya həsr olunmuş növbəti tədbir Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi və Quba rayon mədəniyyət və turizm şöbəsinin birgə təşkilatçılığı ilə aprelin 6-da S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında baş tutacaq.

Qeyd edək ki, "Bölgələrdən paytaxta" layihəsinin ilk tədbiri fevralın 10-da Masallıya, növbəti tədbir isə martın 2-də Qəbələyə həsr edilib.

Xatırladaq ki, Bakı şəhərində mütəmadi olaraq keçiriləcək "Bölgələrdən paytaxta" adlı tədbir ardıcıllıqla Şəki, Gədəbəy, Abşeron, Gəncə və İsmayıllı rayonlarına həsr olunacaq.

Son xəbərlər

Orphus sistemi