BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun proqramı təsdiqlənib

BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun proqramı təsdiqlənib Tədbir çərçivəsində BMT SA gənclər tədbiri, biznes simpozium və digər mövzularda seminarlar keçiriləcək
Mədəniyyət siyasəti
15 Aprel , 2016 20:04
BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun proqramı təsdiqlənib

Bakı. 15 aprel. REPORT.AZ/ 2016-cı ilin 25-27 aprel tarixlərində Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar (BMT SA) Alyansının 7-ci Qlobal Forumu keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən "Report"a verilən məlumata görə, tədbir çərçivəsində BMT SA gənclər tədbiri, biznes simpozium, “Nifrət nitqinə “Yox” hərəkatı (#SpreadNoHate): Nifrət çıxışlarının qarşısının alınması və bu cür hallarla mübarizə sahəsində qabaqcıl metodların mübadiləsi”, “Dini rəhbərlər və zorakı ekstremizm: qabaqlayıcı tədbirlərlə bağlı çətinliklər”, “Vətəndaş cəmiyyəti və biznes: sülh, təhlükəsizlik və davamlı inkişaf naminə birgə fəaliyyət”, “Qlobal vətəndaşlıq təhsili”, “Tətbiqi proqramlar və video-oyunlar vasitəsi ilə kiber-ekstremizm əleyhinə əks-təbliğat tədbirləri tətbiqi proqramlar və video-oyunlar vasitəsi ilə kiber-ekstremizm əleyhinə əks-təbliğat tədbirləri”, “Münaqişə zonalarında sülhün bərqərar edilməsi prosesində qadınların rolu”, “Davamlı və inklüziv inkişaf naminə idman”, “Qlobal miqrasiya prosesində şəhərlərin rolu”, “Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması”, “Sülhsevər və inklüziv cəmiyyətlərin formalaşdırılmasında gənclərin iştirakı: nəsillər və sahələr arasında tərəfdaşlıq əlaqələrinin həlledici rolu”, “Multikultural cəmiyyətin formalaşdırılmasında Azərbaycanın rolu”, “Birgə yaşayışın öyrənilməsi: təhlükə və münaqişə problemi”, “Təhsil vasitəsi ilə zorakı ekstremizmin qarşısının alınmasına dair məqsədlər: inkişaf, müxtəliflik və dialoq naminə təhsil”, “Bakı prosesi: qlobal mədəniyyətlərarası dialoq üçün yeni çağırışların cavablandırılması”, “Media peşəkarlığı: zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr”, “Ekstremizmin qarşısını almaq üçün çoxmədəniyyətli (multikultural) cəmiyyətin formalaşdırılması perspektivlərinin təşviqi” və digər mövzularda seminarlar keçiriləcək.

Son xəbərlər

Orphus sistemi