BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq üzrə Təşkilat Komitəsinin ilk iclası olub

BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq üzrə Təşkilat Komitəsinin ilk iclası olub Əbülfəs Qarayev görüləcək işlərdən danışıb
Mədəniyyət siyasəti
27 Avqust , 2015 16:31
BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq üzrə Təşkilat Komitəsinin ilk iclası olub

Bakı. 27 avqust. REPORT.AZ/ BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi ilə bağlı yaradılan Təşkilat Komitəsinin ilk iclası olub.

"Report" xəbər verir ki, Bakı Biznes Mərkəzində keçirilən iclasda Təşkilat Komitəsinin sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək tədbirin beynəlxalq əhəmiyyətini qeyd edib. 

O qeyd edib ki, bu mühüm sammit Prezident İlham Əliyevin himayəsi ilə keçiriləcək. 

Nazir vurğulayıb ki, Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində qlobal səviyyədə həyata keçirdiyi layihələrin, xüsusilə ölkə başçısı İlham Əliyevin təşəbbüsləri və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin nəticəsi olaraq, belə bir yüksək səviyyəli tədbirin Bakıda keçirilməsinə BMT etimad göstərib.

Sonra Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadə təqdimatla çıxış edib. Təqdimatda BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunun ev sahibi ölkəsi üçün əhəmiyyəti, onun imicinin müsbət təsirləri və müasir beynəlxalq çağırışlarla bağlılığı qeyd edilib. 

İclas zamanı Təşkilat Komitəsinin üzvləri - təhsil nazirinin müavini Firudin Qurbanov, daxili işlər nazirinin müavini Oruc Zalov, Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz Ismayılov və digərləri çıxış edərək tədbirlə bağlı təmsil etdiyi qurumların üzərinə düşən öhdəliklərin lazımi səviyyədə yerinə yetiriləcəyini bildirib, tədbirin yüksək səviyyədə təşkili üçün zəruri olan tələblərin tez bir zamanda müəyyən edilməsi və müvafiq fəaliyyət planının hazırlanması zərurətini qeyd ediblər. 

Yekunda qərara alınıb ki, bu ilin sentyabrın 8-12-də Azərbaycana səfər edəcək BMT-nin Sivilizasiyalar Alyansının nümayəndə heyəti ilə tədbirin təfərrüatları ilə bağlı müzakirələr aparıldıqdan sonra ayrı-ayrı qurumlar arasında vəzifə bölgüsü müəyyən edilsin.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ilin aprelin 25-26-da Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması sərəncam imzalayıb. İyulun 24-də imzalanan sərəncamla Təşkilat Komitəsinin üzvləri və görəcəkləri işlər müəyyənləşdirilib.  

Son xəbərlər

Orphus sistemi