Yuxarı

BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu bu il aprelin 25-27-də keçiriləcək

Bakı. 19 fevral. REPORT.AZ/Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib.

"Report" xəbər verir ki, sərəncamda Tədbirlər Planının icrasına məsul qurumlara Forumla bağlı tədbirlərin yerinə yetirilməsi tapşırılır.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu bu il aprelin 25-27-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi