BMT Baş Qərargahında 7-ci Qlobal Forumun Yekunları müzakirə olunub

BMT Baş Qərargahında 7-ci Qlobal Forumun Yekunları müzakirə olunub Forumun təşkilində göstərdiyi xidmətlərə görə bir sıra şəxsə orden və medallar verilib
Mədəniyyət siyasəti
30 İyun , 2016 19:08
BMT Baş Qərargahında 7-ci Qlobal Forumun Yekunları müzakirə olunub

Bakı. 30 iyun. REPORT.AZ/ BMT Baş Qərərgahında BMT Sivilizasiyalar Alyansının Dostlar Qrupunun növbəti iclası keçirilib.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclas aprelin 25-dən 27-dək Azərbaycanın ev sahibliyi etdiyi BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun nəticələrinə həsr olunub.

İclası açan BMT Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Nassir Abdulaziz Al-Nasser Azərbaycan Repsublikasının yüksək dəstəyi ilə təşkil edilən 7-ci Qlobal Forumun həm ölkələrin iştirak səviyyəsi, həm iştirakçıların tərkibinə, keçirilən sessiya və tədbirlərin mövzularının əhəmiyyətinə, tədbirin yekun sənədi olan Bakı Bəyənnaməsinin qəbul edilməsinə görə öz məqsədlərinə və hədəflərinə çatdığını bəyan edib.

Azərbaycan Höküməti adından Forumun Təşkilat Komitəsinin sədri, mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev çıxış edərək keçirilmiş 7-ci Qlobal Forumuna və onun nəticələrinin həyata keçirilməsinə ölkə rəhbərliyinin yüksək diqqət ayırdığını bildirib.

Nazir bildirib ki, forumda 147 ölkədən 3000-dən çox nümayəndənin iştirak edib, forum çərçivəsində 40-dan çox tədbir keçirilib.

Daha sonra Forumla bağlı statistik nəticələr barədə Ali Nümayəndənin kabinet rəhbəri tərəfindən təqdimat keçirilib. Təqdimatda qeyd olunub ki, Forum 700-dən çox beynəlxalq televiziya, qəzet və digər mətbuat orqanları tərəfindən yayımlanıb və xüsusilə sosial şəbəkələrdə tədbir barədə 46 milyondan dəfə təəssürat paylaşılmış və 14 milyondan çox şəxs bu təəssüratlara münasibət bildirib.

Təkcə Forumun internet səhifəsindən aprel ayı ərzində 250,000-dən çox insan istifadə edib.

Göstərilən rəqəmlər tədbirin qlobal auditoriyaya necə təsir etdiyini bir daha təsdiqləyib.

Təqdimatdan sonra Forumun nəticələri ilə bağlı Mədəniyyət və Turizm Naziriliyi hazırladığı video çarx nümayiş etdirilib. İclasda çıxış edən Türkiyə, İspaniya, Qətər, Braziliya, İndoneziya, Qırğızıstan, Qazaxıstan, Sudan, İsveç, Kanada, Avstriya, BMÜTT və digər nümayəndələr Azərbaycana ev sahibliyini yüksək səviyyədə təmin etdiyinə görə təşəkkür edib, Alyansın gələcək fəaliyyəti ilə bağlı öz ölkələrinin mövqelərini ifadə edib.

İclasın yekununda, nazir Əbülfəs Qarayev Forumun təşkilində yüksək səviyyədə göstərdiyi xidmətlərə görə ölkə rəhbərliyi tərəfindən bir sıra şəxslərə orden və medallar verildiyini qeyd edib, həmin şəxslərdən biri olan BMT yanında Azərbaycan Daimi Nümayəndəliyinin müşaviri Xanım İbrahimovaya “dövlət qulluğunda fərqlənmə medalı”nı təqdim edib. 

Son xəbərlər

Orphus sistemi