Birinci müavin: "Abidələrin bərpası üçün ayrılan maliyyə kifayət deyil"

Birinci müavin: "Abidələrin bərpası üçün ayrılan maliyyə kifayət deyil" “Bərpa olunası abidələrimiz çoxdur. Biz bunun hamısını məhdud maliyyə resursları vasitəsilə ilə edə bilmərik”.
Mədəniyyət siyasəti
17 Sentyabr , 2020 15:54
Birinci müavin: Abidələrin bərpası üçün ayrılan maliyyə kifayət deyil

“Bərpa olunası abidələrimiz çoxdur. Biz bunun hamısını məhdud maliyyə resursları vasitəsi ilə edə bilmərik”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

Onun sözlərinə görə, hazırda beynəlxalq təşkilatlarla, özəl sektorla əməkdaşlığı gücləndirmək istəyirlər: “TİKA ilə bizim artıq ilkin görüşlərimiz olub. Onların bu sahədə maliyyə və təcrübələri var. Özəl sektoru bura cəlb etmək üçün güzəştlərin edilməsi üzərində işləməliyik”.

Son xəbərlər

Orphus sistemi