Görmə pozuntusu olan şəxslərin uşaq musiqi məktəblərində pedaqoji fəaliyyətinə icazə verilib

Görmə pozuntusu olan şəxslərin uşaq musiqi məktəblərində pedaqoji fəaliyyətinə icazə verilib Binokulyar korluq və binokulyar ağır görmə pozuntusu olan şəxslərin uşaq musiqi və incəsənət məktəblərində pedaqoji fəaliyyəti təmin olunub.
Mədəniyyət siyasəti
24 Yanvar , 2022 10:46
Görmə pozuntusu olan şəxslərin uşaq musiqi məktəblərində pedaqoji fəaliyyətinə icazə verilib

Binokulyar korluq və binokulyar ağır görmə pozuntusu olan şəxslərin uşaq musiqi və incəsənət məktəblərində pedaqoji fəaliyyəti təmin olunub.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 57 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı”na əsasən binokulyar korluq və binokulyar ağır görmə pozuntusu olan şəxslərin xüsusi təhsil müəssisələri istisna olmaqla, pedaqoji fəaliyyətlə məşğul olmaları qadağan olunurdu.

Çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq, Mədəniyyət, Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən birgə hazırlanmış və Nazirlər Kabinetinin 20.01.2022-ci il tarixində təsdiq olunmuş 23 nömrəli Qərarına əsasən adıçəkilən xəstəlikləri olan şəxslərin uşaq musiqi və incəsənət məktəblərində pedaqoji fəaliyyətinə icazə verilib.

    Son xəbərlər

    Orphus sistemi