Yuxarı

​Beynəlxalq multikulturalizm qış məktəbinin tələbələri Qusarda olub

Qış məktəbinin iştirakçıları layihəni həyata keçirdiyi üçün Prezident İlham Əliyevə minnətdarlıq ediblər

Bakı. 12 fevral. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə fəaliyyətə başlayan “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı beynəlxalq multikulturalizm qış məktəbi bu gün öz işini Qusarda davam etdirib.

Bu barədə "Report"a mərkəzin mətbuat xidmətindən bildirilib.

Tələbələr burda yerli gənclərlə birgə ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ziyarətdən sonra qış məktəbinin iştirakçıları yerli gənclərin dəvəti ilə çay süfrəsində söhbət aparıblar.

Qış məktəbinin tələbələri üçün Şahdağ Turizm Kompleksində dağ xizək əyləncəsi təşkil olunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Sevinc Mürvətqızı Qusarda qış məktəbinin tələbələri ilə söhbətləşib, onların ölkəmizlə bağlı təəssüratlarını, Azərbaycan multikulturalizmi ilə bağlı fikir və düşüncələrini öyrənib.

Tələbələr Azərbaycan multikulturalizmi haqqında geniş məlumat əldə etdiklərini bildiriblər.

Qış məktəbinin iştirakçıları layihəni həyata keçirdiyi üçün Prezident İlham Əliyevə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri akademik Kamal Abdullayevə, eləcə də digər təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Axşam Bakıdakı məktəbin iştirakçıları üçün nəzərdə tutulan “Klassik Azərbaycan musiqisi axşamı” proqram çərçivəsində Üzeyir Hacıbəyovun ev muzeyinin direktoru, Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcovun tələbələrlə görüşü nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi