Beyləqanda “Əziz Şuşa sən azadsan!” adlı tamaşa təqdim olunub

Beyləqanda “Əziz Şuşa sən azadsan!” adlı tamaşa təqdim olunub Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon Mədəniyyət Mərkəzində Beyləqan rayon Təhsil Sektorunun Birinci Şahsevən kənd Gəray Əsədov adına 1 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında, yazıçı-dramaturq Pərvin Nurullayevanın “Şuşa sən
Mədəniyyət siyasəti
25 May , 2023 17:50
Beyləqanda “Əziz Şuşa sən azadsan!” adlı tamaşa təqdim olunub

Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon Mədəniyyət Mərkəzində Beyləqan rayon Təhsil Sektorunun Birinci Şahsevən kənd Gəray Əsədov adına 1 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında, yazıçı-dramaturq Pərvin Nurullayevanın “Şuşa sən azadsan!” pyesi əsasında hazırlanmış eyni adlı bir pərdəli tamaşa oynanılıb.

"Report" xəbər verir ki, tamaşanın təqdimatında Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Ramil Əhməd, pyesin müəllifi, regional idarənin rəhbərliyi, rayon icra hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət, təhsil müəssisələrinin əməkdaşları və şagirdlər iştirak edib.

Anşlaqla qarşılanan tamaşanın sonunda Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı və pyesin müəllifi, “Qobustan” jurnalının baş redaktoru, yazıçı-dramaturq Pərvin Nurullayeva çıxış ediblər.

Onlar tamaşanın ərsəyə gəlməsində əməyi olan, hər bir kəsə təşəkkürlərini bildirib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.

Son xəbərlər

Orphus sistemi