Belqradda ADR-ın 100 illiyinə həsr olunmuş konsert keçiriləcək

Belqradda ADR-ın 100 illiyinə həsr olunmuş konsert keçiriləcək Konsertdə azərbaycanlı, serbiyalı və digər dünya şöhrətli musiqiçilərin əsərləri nümayiş olunacaq
Mədəniyyət siyasəti
8 May , 2018 11:17
Belqradda ADR-ın 100 illiyinə həsr olunmuş konsert keçiriləcək
Facebook
0 : 00
0 : 00

Bakı. 8 may. REPORT.AZ/ Serbiyanın paytaxtı Belqradda Azərbaycan-Serbiya dostluğuna və Azərbaycan Demokratik Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş konsert keçiriləcək.

"Report" Azərbaycanın Serbiyadakı Mədəniyyət Mərkəzinə istinadən xəbər verir ki, konsert mayın 10-da Belqradda Milli Teatrın səhnəsində baş tutacaq.

Konsertdə Ramiz Quliyev (tar), Yasmina Trumbetaş (soprano), Afaq Abbasova (soprano), Aleksandr Stamatoviç (bariton), Mina Ristiç (klavir), eləcə də Milli Teatr orkestrinin musiqiçiləri çıxış edəcəklər. 

Dirijoru Eyub Quliyev olacaq konsertdə azərbaycanlı, serbiyalı və digər dünya şöhrətli musiqiçilərin əsərləri səsləndiriləcək.

Son xəbərlər

Orphus sistemi