​Belarus prezidenti Polad Bülbüloğlunu təbrik edib

​Belarus prezidenti Polad Bülbüloğlunu təbrik edib Onun bəstəkarlıq fəaliyyəti və ifaçılığı Azərbaycan və sovet musiqisinin ən yaxşı cizgilərini özündə əks etdirir
Mədəniyyət siyasəti
4 Fevral , 2015 18:27
​Belarus prezidenti Polad Bülbüloğlunu təbrik edib

Bakı. 4 fevral. REPORT.AZ/ Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlunu anadan olmasının 70 illiyi münasibətilə təbrik edib.

"Report" "belta.bu"ya istinadən xəbər verir ki, bu haqda Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

Təbrikdə bildirlib ki, Polad Bülbüloğlunun bəstəkarlıq fəaliyyəti, ifaçılığı Azərbaycan və sovet musiqisinin ən yaxşı cizgilərini özündə əks etdirir.

Belarus prezidenti qeyd edib ki, Polad Bülbüloğlunun məhsuldar siyasi - diplomatik fəaliyyəti Belarus və Azərbaycan xalqlarının yaxınlaşmasına, beynəlxalq mədəni dialoqun, qardaşlıq və qarşılıqlı yardım ideyalarının inkişafına yardım edir. 

Son xəbərlər

Orphus sistemi