Batumidə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

Batumidə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub Tədbir hökumət rəsmiləri, Azərbaycan icmasının üzvləri, Batumidə fəaliyyət göstərən digər icmaların nümayəndələri iştirak ediblər
Mədəniyyət siyasəti
28 Dekabr , 2016 12:33
Batumidə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

Tbilisi. 28 dekabr. REPORT.AZ/ Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Batumi şəhərində təntənəli mərasim keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbiri Azərbaycanın Batumi şəhərindəki baş konsulluğu təşkil edib.

Baş konsul Rəşad İsmayılov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına təbrikini diqqətə çatdırıb.

Baş konsul Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən danışaraq, ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlı olan bu bayramın dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində xüsusi rol oynadığını bildirib: "Dünya azərbaycanlılarının həmrəyliyi ideyası artıq təşəbbüsdən əməli işə çevrilib, dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə qaldırılıb, soydaşlarımızın yığcam yaşadıqları ölkələrdə onların təşkilatlanması, birlik və mütəşəkkilliyinin gücləndirilməsi üçün mühüm amilə çevrilib.

Acarıstan Muxtar Respublikası Ali Sovetinin sədri David Qabaidze azərbaycanlıların arasında olmaqdan və onlarla bir yerdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd etməkdən şad olduğunu deyib. Gürcülərin Azərbaycan xalqına xüsusi münasibəti olduğunu vurğulayan sədr deyib ki, Acarıstanın, özəlliklə də Batuminin tarixinə nəzər yetirilsə, xalqlarımızın qədimdən dost olduğu, şəhərlərimizin və regionlarımızın çoxəsrlik dostluq tarixinin olduğu asanlıqla anlaşılar.

Tədbirdə Acarıstan Muxtar Respublikasının səhiyyə və əhalinin sosial müdafiə naziri Zaal Mikeladze, təhsil, mədəniyyət və idman naziri İnqa Şamilişvilini, kənd təsərrüfatı naziri Laşa Komaxidze, Batumi şəhərinin meri Giorgi Yermakov, Gürcüstan Beynəlxalq Sərmayəçilər Assosiasiyasının baş katibi Osman Çalışkan, Batumi Dövlət Universitetinin rektoru Merab Xalvaşi, İranın Batumidəki baş konsulu Hüseyin Məşhədi, Türkiyənin Batumidəki Baş Konsulluğunun əməkdaşları, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin sədri Vidadi Axundov və Azərbaycan icmasının üzvləri, muxtar respublikanın hökumət rəsmiləri, Batumidə fəaliyyət göstərən digər icmaların nümayəndələri iştirak ediblər.

Tədbir bədii proqram və ziyafətlə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi