Baş nazirin müavini: "Nizami Gəncəvi dünyaya bəxş etdiyimiz ən böyük mütəffəkirlərdəndir"

Baş nazirin müavini: "Nizami Gəncəvi dünyaya bəxş etdiyimiz ən böyük mütəffəkirlərdəndir" "Nizami Gəncəvi Azərbaycan xalqının yetişdirdiyi və dünyaya bəxş etdiyi ən böyük mütəffəkirlərdən biridir".
Mədəniyyət siyasəti
24 Noyabr , 2021 10:28
Baş nazirin müavini: Nizami Gəncəvi dünyaya bəxş etdiyimiz ən böyük mütəffəkirlərdəndir
Əli Əhmədov

"Nizami Gəncəvi Azərbaycan xalqının yetişdirdiyi və dünyaya bəxş etdiyi ən böyük mütəffəkirlərdən biridir".

"Report" xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumunda çıxışında deyib.

"O, bütün həyatını Gəncədə keçirib, kənara çıxmayıb. Amma yaradıcılığında ədalət, ədalətli cəmiyyət, xeyir-şər problemi əsas olub. O, xalqlar arasında körpü olub. Əsərlərində ayrı-ayrı xalqları tərənnüm edib. Nizami Gəncəvi Azərbaycan xalqının fəxri, iftixarıdır. Nizami adı heç bir xalqda bizdəki qədər geniş yayılmayıb. O, 800 ildən çoxdur şeirləri, yaradıcılığı ilə yaşayır və yaşayacaq. Üç gün ərzində Forumda onun dərin fəlsəfi fikirləri müzakirə ediləcək", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi