Baş nazirin müavini: "Nizami Gəncəvi Azərbaycanın simvollarından biridir"

Baş nazirin müavini: "Nizami Gəncəvi Azərbaycanın simvollarından biridir" “Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2021-ci il Nizami Gəncəvi ili elan olunub. Çox əlamətdar hadisədir ki, Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan torpalarımızı azad etdi. Beləliklə, Nizami Gəncəvinin 880 illik yubileyi xüsusi
Mədəniyyət siyasəti
129
24 Noyabr , 2021 11:36
Baş nazirin müavini: Nizami Gəncəvi Azərbaycanın simvollarından biridir
Əli Əhmədov

“Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2021-ci il Nizami Gəncəvi ili elan olunub. Çox əlamətdar hadisədir ki, Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan torpalarımızı azad etdi. Beləliklə, Nizami Gəncəvinin 880 illik yubileyi xüsusi bir şəraitdə - ərazilərimizin azad olunması şəraitində qeyd olunur”.

"Report" xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açılamasında bildirib.

O qeyd edib ki, Nizami Gəncəvi Azərbaycanın simvollarından biridir və yaradıcılığı daim Azərbaycanla bağlı olub: “Azərbaycanın hər bir vətədaşı onunla fəxr edib, ona həmişə ehtiram olub. Nizami Gəncəvinin adını daşıyan küçələr, məktəblər var. Bu ondan xəbər verir ki, Nizami Gəncəvi bilavasitə Azərbaycanla bağlı olub. Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumu onu göstərir ki, Azərbaycanla qonşu olan ölkələr də dahi ədibə diqqət göstərirlər. Bu, Azərbaycan xalqının ən dahi nümayəndəsinə olan ehtiramın nümunəsidir”.

Son xəbərlər

Orphus sistemi