Balakəndə 1 500 yaşlı iki məbəd bərpası üçün investisiya siyahısına salınıb

Balakəndə 1 500 yaşlı iki məbəd bərpası üçün investisiya siyahısına salınıb “Balakəndə 1500-dən artıq yaşı olan 2 məbəd investisiya siyahısına salınıb”. Bunu “Report”un Şimal-qərb bürosuna Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şöbə müdürü Nuridə Allahyar bildirib. Şö
Mədəniyyət siyasəti
17 Mart , 2022 17:47
Balakəndə 1 500 yaşlı iki məbəd bərpası üçün investisiya siyahısına salınıb

“Balakəndə 1500-dən artıq yaşı olan 2 məbəd investisiya siyahısına salınıb”.

Bunu “Report”un Şimal-qərb bürosuna Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şöbə müdiri Nuridə Allahyar bildirib.

Şöbə müdirinin sözlərinə görə, qəzalı vəziyyətdə olan məbədlərin bərpa-konservasiya edilməsi diqqət mərkəzindədir:

"Balakən rayonunun Qullar kəndində yerləşən məbədlər dövlət tərəfindən mühafizə olunan və daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısında yerli əhəmiyyətli tarix-memarlıq abidəsi qismində qeydiyyata alınıb. Məbədlər 5-9-cu əsrlərdə inşa olunub, məhəllə-dini xaraxter daşıyıb. Məbədin qorunub saxlanılmasına abidə mühafizəçiləri tərəfindən tam nəzarət olunur. Qəzalı vəziyyətdə olan məbədlərin bərpa-konservasiya edilməsi diqqət mərkəzindədir və bir hissəsi günümüzə gəlib çıxan həmin tarixi tikililər bərpa edilməsi üçün investisiya siyahısına alınıb".

Tarixçi Akif Məmmədli “Report”un yerli bürosuna bildirib ki, məbəd qısa zamanda bərpa edilmədyi qətdirdə tamamilə dağılaraq məhv olacaq: “Son 25-30 ilə qədər məbədin günbəz hissəsi tam şəkildə olub. Baxımsızlıqdan məbədin nişan və portal daşları dağılıb və yaxud çıxarılaraq aparılıb”.

Tarixçi qeyd edib ki, o dövürdə hər icmanın öz yaşadığı ərazidə belə bir məbədi olub: “Elə Qullar kəndində də 8 ədəd belə məbəd olub. Lakin baxımsızlıq ucbatından onun 6-sı tamamilə dağılaraq sıradan çıxıb. indi qalmaqda olanı isə sadəcə ikisidir. Qəzalı olan 2 məbəd də əgər bərpa olunmasa, günü-gündən dağılıb gedəcək”.

Son xəbərlər

Orphus sistemi