Bakıda “Youthvision” II beynəlxalq mahnı müsabiqəsi başlayır

Bakıda “Youthvision” II beynəlxalq mahnı müsabiqəsi başlayır Müsabiqə “Həmişə Gənc” şüarı altında baş tutacaq
Mədəniyyət siyasəti
18 Aprel , 2017 13:17
Bakıda “Youthvision” II beynəlxalq mahnı müsabiqəsi başlayır

Bakı. 18 aprel. REPORT.AZ/ Bakıda “Youthvision” II beynəlxalq mahnı müsabiqəsi keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbir aprelin 21-də Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə “Həmişə Gənc” şüarı altında “Elektra Events Hall”da baş tutacaq.

Qeyd edək ki, “Youthvision” II beynəlxalq mahnı müsabiqəsinin həyata keçirilməsi təşəbbüsü Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına məxsusdur.

Müsabiqənin keçirilməsində əsas məqsəd yaradıcı və istedadlı gənclərin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

Müsabiqə haqqında məlumatın yerləşdirilməsi və iştirakçıların onlayn qeydiyyatı məqsədi ilə 2016-cı ildə youthvision.az saytı istifadəyə verilib. Müsabiqə 14-35 yaşlı gənclər arasında keçirilir.

Müsabiqədə qiymətləndirilmə beynəlxalq münsiflər heyəti tərəfindən aparılır. Bu məqsədlə hər iştirakçı dövlətdən bir nəfər münsif üzvü dəvət olunur.

Müsabiqəyə ümumilikdə xarici ölkələrədən iştirakçılar, münsiflər və onları müşaiyət edən şəxslər qismində 80-90 nəfər nümayəndənin gəlişi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi