Yuxarı

Bakıda Yaponiya filmlər həftəsi keçirilib

Filmlər tamaşaçıların böyük rəğbətini qazanıb

Bakı. 25 fevral. REPORT.AZ/ Bakıda Yaponiya filmlər həftəsi yekunlaşıb. 

"Sakura" Azərbaycan-Yaponiya İctimai Birliyinin sədri Təranə Hüseynovanın "Report"a verdiyi məlumata görə, fevralın 19-da start götürən kino həftəsi beş film - "Söz bağçası", "Kikinin çatdırma xidməti", "Nabinin sevgisi", "Yay gecəsində yuxu" və "Xoşbəxtlik çörəyi" nümayiş olunub.

İctimai Birliyin sədrinin sözlərinə görə, bu kinolar içərisində tamaşaçıların ən çox diqqətini cəlb edən rejissor Yuci Nakae tərəfindən çəkilmiş "Nabinin sevgisi" adlı filmi oldu: "Gənc yaponiyalı qız Nabinin Sanraya olan təmiz məhəbbətinin sönməzliyi, bu məhəbbət yolunda başına gələn unudulmayan sevgi məcəraları və onu öz dərin sevgisindən, sevdiyi gənc oğlandan ayırmaları , illər boyu sevgi həsrəti və iztirabları içındə yaşayan Nabi digər yaponla ailə qursa və nəvəsi olsa da belə yenə də ö, ilk məhəbbətini unuda bilmir. Ona “ sevgi səadətində qovuşmaqda söz verən və Nabiyə sevgisinə görə adadan qovulan Sanra da bu məhtəşəm, unudulmaz sevgisi naminə Brazılyadan gələrək 60 ildən sonra həqiqi sevgisinə qovuşaraq bu səadətə nail olur və Nabini adadan aparır. Kinoda baş veən hadisələri və Nabinin illər boyu çəkdiyi iztirabları səhnədə sanki tamaşaçılar hiss edirək kövrəlir və gizli göz yaşları ilə onu anlayırdılar".

T.Hüseynova bildirib ki, yapon kinoları xüsusi ilə gənclər və tələbələr arasında böyük marağa səbəb olub: "İzləyicilər Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənən bu kinoların gələn il tamaşaçıları böyük kino səhnələrində nümayiş etdirilməsini böyük zövq və sevinclə arzulayır və bu fəaliyyətlərində onlara dərin minnətdarlıqlarını bildiriblər".

Qeyd edək ki, Yaponiyanın filmlər həftəsi Nizami kino mərkəzində keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi