Bakıda yapon döyüş idman sənətləri festivalı keçiriləcək

Bakıda yapon döyüş idman sənətləri festivalı keçiriləcək Oktyabrın 8-i Bakı İdman Sarayında “Azərbaycan Budo-yapon döyüş sənətləri Festivalı” təşkil olunacaq.
Mədəniyyət siyasəti
7 Oktyabr , 2022 17:59
Bakıda yapon döyüş idman sənətləri festivalı keçiriləcək

Oktyabrın 8-i Bakı İdman Sarayında “Azərbaycan Budo-yapon döyüş sənətləri Festivalı” təşkil olunacaq.

“Report” xəbər verir ki, festivalda karate, parakarate, cüdo, paracüdo, aykido, kendo, ciu-citsu kimi yapon döyüş sənətləri üzrə nümunəvi çıxışlar, yapon mədəniyyəti və idman növləri ilə bağlı stendlər nümayiş olunacaq.

Tədbirin açılışında Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi və Azərbaycan gənclər və idman naziri Fərid Qayıbovun iştirakı planlaşdırılıb.

Tədbir Yaponiya Səfirliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi