Bakıda "Visla" Polşa filmləri festivalı keçiriləcək

Bakıda "Visla" Polşa filmləri festivalı keçiriləcək Noyabrın 12-də Bakıda IV Visla Polşa filmləri festivalı başlayacaq.
Mədəniyyət siyasəti
4 Noyabr , 2019 12:03
Bakıda Visla Polşa filmləri festivalı keçiriləcək

Noyabrın 12-də Bakıda IV "Visla" Polşa filmləri festivalı başlayacaq.

"Report" Polşanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, festivalda son illərdə yalnız Polşada yox, həm də xarici ölkələrdə sevilən filmlər nümayiş etdiriləcək.

Festival çərçivəsində "Komerdiner", "Bağışlama", "Eskadrilya 303. Həqiqi tarix", "Yuliuş", "İtlə pişik kimi", "Soyuq müharibə" filmləri nümayiş olunacaq.

Festival noyabrın 17-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi