Bakıda türkdilli dövlətlərin turizm nazirlərinin görüşü keçiriləcək

Bakıda türkdilli dövlətlərin turizm nazirlərinin görüşü keçiriləcək Turizm assosiasiyaları arasında anlaşma memorandumu imzalanacaq
Mədəniyyət siyasəti
16 May , 2015 13:52
Bakıda türkdilli dövlətlərin turizm nazirlərinin görüşü keçiriləcək

Bakı. 16 may. REPORT.AZ/ Mayın 20-də Bakıda türkdilli dövlətlərin turizm nazirlərinin ikinci görüşü keçiriləcək. "Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Məlumata əsasən, mayın 18-19-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində Turizm üzrə işçi qrupun 5-ci iclası da olacaq. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin turizm siyasətini həyata keçirən dövlət qurumlarının rəhbər şəxslərinin və əməkdaşlarının, turizm sənayesi nümayəndələrinin və turizm assosiasiyalarının, TDƏŞ-in Baş Katibliyinin iştirakı ilə keçiriləcək görüşdə təşkilat çərçivəsində əməkdaşlığın gücləndirilməsi, üzv ölkələr arasında turizm sahəsində əlaqələrin genişləndirilməsi, türk dünyasının maddi və qeyri-maddi irsinin turizm vasitəsilə təbliği, həyata keçiriləcək birgə layihələr və tədbirlər, dövlət və özəl sektor arasında birgə fəaliyyətin təşviqi məsələləri, həmçinin, son iki ildə aparılan birgə fəaliyyət nəticəsində əldə olunmuş nəticələr müzakirə olunacaq.

Bu dövr ərzində təşkilat çərçivəsində üzv ölkələr arasında "Türk Şurası - Müasir İpək Yolu" beynəlxalq mədəni turizm marşrutu işlənib hazırlanıb, gələcəkdə həyata keçirilməsi məqsədilə "Dədə Qorqud - Korkut Ata" mədəni turizm layihəsi üzrə işlər görülüb, Türkiyə və Azərbaycanda keçirilən beynəlxalq turizm sərgilərində üzv ölkələrin turizm potensialını əks etdirən birgə foto stendlər, infoturlar, həmçinin Türkiyə mütəxəssislərinin iştirakı ilə turizm sahəsində kadrlar üçün təlim kursları təşkil edilib.
2015-ci ilin avqustunda keçiriləcək dövlət başçılarının zirvə görüşü öncəsi hazırlıq xarakteri daşıyan iclasda görülmüş işlərin nəticələri və həyata keçilməsi nəzərdə tutulan tədbir və layihələrini əhatə edən yekun protokol və üzv ölkələrin turizm sənayesi nümayəndələrini birləşdirən qurumlar (turizm assosiasiyaları) arasında anlaşma memorandumu imzalanacaq.

Son xəbərlər

Orphus sistemi