Bakı. 5 iyul. REPORT.AZ/ İyulun 14-17-də Bakıda türk şirniyyatı pişmaniyenin beynəlxalq festivalı keçiriləcək.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu festival 8-ci dəfə keçiriləcək.
Bununla əlaqədar Bakıya Türkiyədən çoxsaylı qonaqlar, o cümlədən bir sıra millət vəkilləri və bələdiyyə üzvləri gələcək.