Bakıda "Repurposed" sərgisinin açılışı olub

Bakıda "Repurposed" sərgisinin açılışı olub Sərgidə tullantılardan hazırlanmış eksponatlar nümayiş etdirilir
Mədəniyyət siyasəti
2 Noyabr , 2016 18:27
Bakıda Repurposed sərgisinin açılışı olub

Bakı. 2 noyabr. REPORT.AZ/ Bakıda Azərbaycan Beynəlxalq Məktəbinin tələbələri tərəfindən tullantılardan hazırlanmış eksponatların sərgisinin açılışı olub.

"Report"un məlumatına görə, "Repurposed" (Yenidən məqsəd) adlı sərgi Azərbaycan Rəssamlar İttifaqında keçirilir.

Sərgidə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib ki, müasir dünyada ətraf mühit barədə düşünmək, insanların ona qarşı münasibəti çox vacibdir. O, Azərbaycan Beynəlxalq Məktəbi tələbələrin bu layihəyə qoşulmasından məmnunluğunu bildirib.

Sonra sərginin açılışını bildirən rəmzi lent kəsilib.

Xatırladaq ki, eksponatların hazırlanmasında müxtəlif ölkələrdən olan 600-dan çox tələbə iştirak edib. Sərgi noyabrın 8-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi